Nazirlik orta məktəbləri yoxlayacaq

Nazirlik orta məktəbləri yoxlayacaq
  01 Noyabr 2013    Oxunub:1035
Təhsil Nazirliyi şagirdlərin davamiyyətinə nəzarət məqsədilə orta məktəblərdə şeçmə yolla yoxlamalar aparmağı planlaşdırır
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, şagirdlərin dərsə davamiyyətinə nəzarətlə bağlı məsələlər təhsil işçilərinin sentyabr konfranslarında ciddi müzakirə olunub.

Bununla bağlı məktəb direktorlarına lazımi təlimati göstərişlər verilib: "Təhsil şöbələri bu məqsədlə davamlı araşdırmalar aparır. Təhsil Nazirliyi də seçmə yolla yoxlamalar aparmağı planlaşdırır. Dərs ilinin I yarısının sonunadək bu sahədə müvafiq işlər həyata keçirəcək".

Yuxarı sinif şagirdlərinin dərslərə davamiyyəti ilə bağlı mövcud vəziyyətə gəldikdə, nazirlikdən bildirilib ki, məktəb direktorları bu sahədə problemlərin yaranmaması üçün müvafiq tədbirlər görürlər və bu məsələ nəzarətdə saxlanılır.


Teqlər:  





Xəbər lenti