Heydər Əsədov nazirlikdə iclas keçirdi - FOTO
Tədbirdə kənd təsərrüfatı naziri Heydər Əsədov peşə bayramları münasibətilə kənd təsərrüfatı işçilərini təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Nazir aqrar sahədə ulu öndər Heydər Əliyevin başladığı islahatların uğurla həyata keçirilməsindən, Prezident İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalçılarına qayğısından, bu sahənin inkişafından və qarşıda duran vəzifələrdən danışıb.
Digər çıxış edənlər də aqrar sahədə aparılan islahatlardan, görülən işlərdən, dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb, peşə bayramları münasibətilə kənd təsərrüfatı işçilərini təbrik ediblər.
AzVision.az