Həmsədrlər Dağlıq Qarabağa səfər etməyəcək

Həmsədrlər Dağlıq Qarabağa səfər etməyəcək
  01 Noyabr 2013    Oxunub:1195
Həmsədrlər əvvəl Bakıya daha sonra Yerevana səfər edəcəklər.
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistana səfər edəcək. AzVision.az-ın Ermənistan mətbuatına istinadən xəbər verir ki, həmsədrlər Yerevanda prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər.

Qeyd edək ki, Noyabrın 4-nə planlaşdırılan səfər proqramında həmsədrlər Dağlığ Qarabağa getməyəcək. Həmsədrlərin Bakıya Yerevan səfərindən əvvəl gələcəyi gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti