Mikayıl Cabbarov vətəndaşları qəbul edəcək
AzVision.az Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, qəbulda iştirak etmək üçün vətəndaşlar noyabrın 2-də saat 10:00-dan 15:00-dək və noyabrın 4-də isə saat 09:00-dan 18:00-dək Təhsil Nazirliyinin Qəbul otağında və ya “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna zəng etməklə qeydiyyata yazıla bilərlər.
Qeydiyyat zamanı qəbula düşmək istəyən şəxsin adı və soyadı, müraciətinin məzmunu, təkrar müraciət olduğu halda, əvvəlki cavablar barədə məlumat qeydiyyatı aparan şəxsə bildirilməlidir.
AzVision.az
Teqlər: