Milli Məclis dekabrın 17-də toplanacaq

Milli Məclis dekabrın 17-də toplanacaq
  09 Dekabr 2013    Oxunub:1259
Milli Məclisin növbəti plenar iclası dekabrın 17-də keçiriləcək.

Bu barədə AzVision.az-a millət vəkili Zahid Oruc məlumat verib. Deputatın sözlərinə görə, iclasın gündəliyinə 14 məsələ daxil edilib.

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” , “Məhkəmə-Hüquq orqanları İşçilərinin Dövlət İcbarı Sığortası” ilə bağlı, “Qeyri-hökumət təşkilatları və İctimai birliklər” haqqında qanuna, “İnzibati Xətalar və Qrant haqqında” qanuna dəyişikliklər gündəlikdə nəzərdə tutulub.

Qeyd edək ki, Milli Məclisin ötən iclası dekabrın 3-də keçirilib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti