Hacı İbrahimin pulları geri qaytarıldı
İş adamı bildirib ki, bu məsələ mətbuat vasitəsilə ictimailəşəndən sonra Daxili İşlər Nazirliyinin rəhbərliyi olayla yaxından maraqlanıb:
“Nazirlikdən yüksək vəzifəli şəxslər Nərimanov rayon polisinə gəlib, prosesi nəzarətə götürüb. Nəticədə oğurlanan 135 min manatın 105 mini geri qaytarılıb. Bu gün (dünən-red.) polislərin iştirakı ilə ofisimizdə akt tərtib olundu, pul kassaya geri qaytarıldı. O pullar işçilərin maaşı idi”.
Hacı İbrahim polisin bu cür operativ reaksiyasından və DİN rəhbərliyinin olayla yaxından maraqlanmasından razı qaldığını dedi: “Sağ olsunlar, məsələyə belə yanaşdılar, nəticədə oğurlanan məbləğin əhəmiyyətli hissəsi geri qaytarıldı. Füzuli heç sən demə, pulu polisə verməyibmiş. Özündə saxlayırmış. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onun pulu saxladığı yer aşkarlanıb. Yerdə qalan 30 min manat da bugünlərdə bizə təhvil veriləcək”.
AzVision.az