Fazil Mustafa: “Deputatların maaşı qaldırılmamalıdır”
Onun sözlərinə görə, deputatların maaşı qaldırılmamalıdır:
“Məncə, maaşa toxunulmamalıdır. Çünki, maaş ümumi standartlarla götürülür. Müavinətlər artarsa, deputatlar daha rahatlıqla seçicilərlə görüşmə imkanı əldə də bilər. Hər halda maaşların qaldırılması da ola bilər. Amma müavinətlərin qaldırılmasına tərəfdaram ki, bu, birbaşa seçicilərlə işləməyə müsbət təsir göstərsin. Ümumiyyətlə, deputatların maaşı MDB məkanında ən aşağı maaş Azərbaycandadır. Burada maaşdan daha çox seçici ilə işləmək imkanı var. Müavinətlərin artırılması daha faydalıdır. Müavinətlər 500-600 manat civarında artırıla bilər”.
Nihadə Eyyubova