Millət vəkilindən siyasi partiyalara XƏBƏRDARLIQ
Onun sözlərinə görə, bu dəyişiklik həm kommersiya təşkilatı həm siyasi partiya, həm də qeyri-hökümət təşkilatına aiddir:
“Dünən biz “Hüquqi şəxslərin dövlət qeydiyyatına alınması haqqında” Qanuna əlavə və dəyişikliklər elədik. Bilirsiniz, biz bu qanunun qarşısında həm bizim milli hüquqi şəxsləri, istərsə də xarici ölkələrin hüquqi şəxslərinin Azərbaycanda olan filialları, nümayəndələrinin hüquq bərabərliyini təmin elədik. Onlar üçün qanunda ünvanın göstərilməsi nəzərdə tutulmurdu. Biz dedik ki, bəli, xarici ölkələrin hüquqi şəxsləri də, onların da filialları, nümayəndəlikləri də Azərbaycanda fəaliyyət göstərirsə, hökmən onların hüquqi ünvanları olmalıdır. Bu eyni zamanda da bütün siyasi partiyalara, təşkilatlara, QHT-lərə də aiddir”.
Qərargahı olmayan siyasi partiyaların ləğv olunması məsələsinə münasibət bildirən R.Cəbrayılov qeyd edib ki, burada söhbət partiyaların ləğv olunmasından getmir:
“Söhbət ləğv olunmadan getmir. Yəni xəbərdarlıq olunacaq ki, ünvanınız olsun, bir yerdə oturun. Heç olmasa, ən azından sizə məktub, dəvətnamə göndəriləndə ünvanınız olsun”.
Sevinc İltifatqızı