Kəmaləddin Heydərov işçilərinə mənzil payladı

Kəmaləddin Heydərov işçilərinə mənzil payladı
  10 Dekabr 2013    Oxunub:1209
144 mənzilli bina nazirliyin əməkdaşlarının istifadəsinə verilib.
Bu gün Bakının Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, 107 ünvanında 12 mərtəbəli, hər biri 1 bloklu 144 mənzilli iki yaşayış binası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının istifadəsinə verilib. AzVision.az Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov iştirak edib. Nazir istifadəyə verilən mənzillərin şəraiti ilə tanış olub. Mənzillərin açarlarını sahiblərinə təqdim edən fövqəladə hallar naziri bildirib ki, nazirliyin əməkdaşlarının mənzillə təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fövqəladə Hallar Nazirliyi əməkdaşlarına olan diqqət və qayğısının təzahürüdür.

Qeyd edək, 144 mənzildən 48-i 3 otaqlı, 96-sı isə 2 otaqlıdır. Binanın həyətində futbol meydançası, yaşıllıq, uşaq parkı, avtomobil dayanacağı salınıb. Tam təmir olunmuş mənzillərə qaz, su, işıq xətləri çəkilməklə “Kombi” istilik sistemi quraşdırılıb. Binanın inşa olunduğu ərazidə əvvəllər Suraxanı rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının yaşadığı 2 mərtəbəli yataqxana olub. Sökülən yataqxanada yaşayan hər bir ailə də yeni inşa olunmuş binada mənzillərlə təmin olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti