Elşad Abdullayevin elmi adları ləğv ediləcək

Elşad Abdullayevin elmi adları ləğv ediləcək
  10 Dekabr 2013    Oxunub:1207
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin elmi titualları qanunla geri alına bilər.

Bunu AzVision.az saytına açıqlamasında hüquqşünas Namizəd Səfərov bildirib.

Vəkil qeyd edib ki, barəsində axtarış elan edilən Elşad Abdullayev həbs edildikdən sonra onun professor və hüquq elmləri doktoru adları da qanunvericiliyə əsasən ləğv ediləcək.

“Elşad Abdullayevə cinayət işinin açılması onun haqqında hökm çıxarılması demək deyil. İstintaq aparmaq, onu məhkum etmək lazımdır. Bundan sonra elmi adları əlindən alına bilər”.

Hüquqşünasın fikrinə, elmi adların geri alınması bu, əlavə cəza tədbiri hesab olunur.

“Qanunvercilikdə elmi adların və dövlət təltiflərinin şəxsin əlindən alınması əlavə cəza növü kimi nəzərdə tutulur. Yalnız 1-ci instansiya məhkəməsi, Appelyasiya Məhkəməsi və Ali Məhkəmədə təsdiqlənib, qüvvəyə mindikdən sonra onun elmi adları və dövlət təltifləri əlindən alına bilər. Yəni, əsas cəza ilə birlikdə bu formada əlavə cəza verilə bilər. Elşad Abdullayevin əməllərində cinayət tərkibi olduğu artıq sübut olunub və onun elmi adlarının əlindən alınması təhlükəsi var”.

Millət vəkili Zahid Oruc isə hesab edir ki, Elşad Abdullayevin Bakıda olan əmlakı məhkəmənin qərarı ilə əlindən alınaraq ABU-da aldadılan tələbələri arasında bölünməlidir.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 137.3 (insan orqanların və ya toxumalarının alqı-satqısı) və 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddələri ilə təqsirləndirilən E.Abdullayev istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan olunub.

Sabiq deputat hazırda Fransada yaşayır.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti