Abutalıbov şeyxin xahişini yerinə yetirdi
Bakı Şəhər İcra Hakimiyyətindən mətbuat xidmətindən bu barədə məlumat verilib. Bildirilib ki, bu barədə BŞİH başçısı Hacıbala Abutalıbov bu gün sərəncam imzalayıb.
Qeyd edək ki, dünən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova rəsmi müraciət ünvanlayıb.
Müraciətində A.Paşazadə Təzə Pir məscidinin əsas giriş qapısının yerləşdiyi Mustafa Sübhi küçəsinin adının dəyişdirilməsini xahiş edib. Şeyx M.Sübhinin ateist olduğu üçün bu küçənin adı dəyişdirilməsinin vacib olduğunu diqqətə çatdırıb.
AzVision.az