“Sumqayıt” 12 min manat cərimələndi

“Sumqayıt” 12 min manat cərimələndi
  11 Dekabr 2013    Oxunub:1354
AFFA “Sumqayıt” futbol klubunu 12 min manat cərimələdi.
AFFA İntizam Komitəsinin iclası keçirilib. AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, iclasda Azərbaycan Liqasının XVI turunun görüşlərində qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

“Sumqayıt”–“Bakı” matçının 90+2-ci dəqiqəsində yan xətt hakimini təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan “Sumqayıt”ın futbolçusu Ruslan Qurbanov 4 oyunluq cəzalandırılıb. Görüş başa çatdıqdan sonra meydan sahiblərinin “Neftçi”yə məxsus müdafiəçisi Slavik Alxasov və ötən turda cəzalandırılan futbolçusu Samir Abbasov da hakimləri təhqir etdiklərinə görə 4 oyuna buraxılmayacaqlar. “Sumqayıt” FK isə 3 futbolçusuna görə ümumilikdə 12 min manat cərimə ödəməli olacaq.


Teqlər:





Xəbər lenti