Penitensiar xidmətdə yanğın oldu
Yanğın baş verən korpusda olan məhkumların təhlükəsiz yerlərə köçürülməsi təcili olaraq təmin olunub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın söndürmə dəstələri operativ olaraq hadisə yerinə gəlib, əməliyyatın həyata keçirilməsinə çətinlik yaradan amillərə baxmayaraq yanğın nəzarət altına alınıb, saat 06:30 radələrində yanğının söndürülməsinə nail olunub.
Hadisə vaxtı xəsarət alan olmayıb.
Hadisənin səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.