“Rafiq Hüseynov hazırda həkim nəzarətindədir”
Hazırda R.Hüseynovun vəziyyətinin qənaətbəxş olduğunu deyən xanımı onun hazırda həkim nəzarətində olduğunu bildirib:
“Əməliyyat dünən saat 2-dən 5-ə qədər davam edib. Çox ağır və ciddi əməliyyat keçib. Orqanizmin müqavimət qabiliyyəti yaxşı olub, əməliyyat sonrası özünə tez gəlib, amma problemi böyükdür. Bundan sonra kimya terapiyadan keçməlidir. Hələ ki, danışa bilmir, ona görə də telefonuna mən cavab verirəm. İnşallah 2-3 günə daha yaxşı olar. Həkimlər də vəziyyətinn stabil olduğunu deyirlər”.
S. Hüseynova əlavə edib ki, müalicə ilə əlaqədar olaraq, hələ bir müddət Türkiyədə qalacaqlar.
Qeyd edək ki, məşhur diktorun ağ ciyərində xərçəng aşkarlanıb. Xəstəliyi ilə bağlı diktor dünən Türkiyədə əməliyyat olunub.
Nihadə Eyyubova