Viste-spiker: “Maaşların artırılması normal haldır”
AzVision.az xəbər verir ki, Z.Əsgərov millət vəkillərinin maaşlarının artımının adi hal olduğunu deyib.
“Burda qeyri-adi bir şey görmürəm. Bilirsiniz ki, bundan öncədə qalxmışdı. Hesab edirəm ki, bu normal məsələdir. Bunu nə iləsə əlaqələndirmək heç bir yeri yoxdur”.
Viste-spiker daha sonra Siyasi partiyalar və QHT-lər haqında qanuna edilən dəyişikliklərdən söz açaraq bunun konstitusiyaya uyğun şəkildə həyata keçirildiyini qeyd edib.
“Siyasi partiyalar və QHT-lər haqqında qanunlara edilən dəyişikliklər Azərbaycan konstitusiyasında və digər qanunlara uyğun şəkildə həyata keçirilir. Normal dəyişikliklərdir”.
Fatimə Kərimli