“Azərbaycanda heç bir hadisə baş verə bilməz”
Onun sözlərinə görə, Azərbaycanda xarici ölkələrdə baş verən heç bir hadisə təkrar oluna bilməz:
“Çünki Azərbaycanda xalqla iqtidar birdir. Azərbaycan xalqı öz prezidentini dəstəkləyir. Bir ay bunda öncə çox böyük səs çoxluğu ilə öz prezidentini seçib. Və onun siyasətini müdafiə edir. Kimsə nəyisə bəhanə etmək istəyirsə, bu heç biri nəticə verməyəcək. Müxalifdət adlı qurum və Milli Şura da adlı qurum da iflasa uğrayıb, belə qurum yoxdur”.
Müxalifətlə dialoq söhbətinə toxunan YAP rəsmisi bildirib ki, müxalifətlə dialoq gündəmdədir: “Təbii ki, müxalifətlə dialoq var. Müxalifət bir səpkili deyil, müxalifətin müxtəlif qanadlar var. Burada da kimsə ola bilsin ki, özünü kənara çəkib, dialoqda iştirak etmirsə, digər parlamentdə təmsil olunan müxalifət partiyaları ilə dialoq var.
Fatimə Kərimli