Deputatlarımız Ukraynaya gedir
Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının, deputat Rüfət Quliyev isə GUAM Parlament Assambleyasının xətti ilə seçkiləri izləyəcək müşahidəçilər missiyasına qatılacaqlar.
Səfər zamanı deputatlarımız bir sıra seçki məntəqələrində olacaq, seçicilərin fəallığını müşahidə edəcək, prosesin gedişi ilə bağlı fikirlərini açıqlayacaqlar.
AzVision.az
Teqlər: