İran Messidən üzr istədi

İran Messidən üzr istədi
  12 Dekabr 2013    Oxunub:1389
İran Futbol Federasiyası "facebook" səhifəsindəki xoşagəlməz söz-söhbətdən dolayı argentinalı futbolçu Lionel Messidən üzr istəyib.

AzVision.az xəbər verir ki, İran Futbol Federasiyasının rəhbəri Əli Kafaşiyan "Tahran Times" qəzetinə açıqlamasında Federasiya və İran futbol ailəsi adından L.Messidən üzr istədiyini bildirib.

Ə.Kafaşiyan bəzi fanatiklərin L.Messinin ünvanına təhqiramiz ifadələr işlətməsinin utancverici olduğunu deyib, hədiyyə göndərmək üçün futbolçunun ad günü barədə məlumat istəyib.

Qeyd edək ki, 2014-cü il dünya çempionatının final mərhələsinin püşkatmasından sonra İran Futbol Federasiyasının "facebook" səhifəsində L.Messi haqqında 40 mindən çox təhqiramiz şərhlər yazılmışdı.

İran DÇ-2014-də Argentina, Bosniya və Herseqovina və Nigeriya ilə eyni qrupda yer alıb.


Teqlər:





Xəbər lenti