Mədət Quliyev “vor-zakon”lara barmaq silkələdi

Mədət Quliyev  “vor-zakon”lara barmaq silkələdi
  12 Dekabr 2013    Oxunub:1507
“Penitensiar müəssisələrdə qətiyyən oğru ideyalarının inkişaf etməyinə biz yol vermərik”

AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ədliyyə nazirinin müavini, Penitensiar xidmətinin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev deyib.

Onun sözlərinə görə, təbii ki, cinayət aləminə daha yaxın olan məhkumlar müəyyən addımlarını atmaq istəyirlər:

“Cəzaçəkmə müəssisində bu proses 20-ci əsrin əvvəllərindən var. Amma, cəzaçəkmə müəssisəsinin əməkdaşları buna qarşı lazımi tədbirləri görür”.

M.Quliyev onu da qeyd edib ki, cəzaçəkmə müəssisələrində narkotikadan istifadə etdiyinə görə həbs olunan məhkumların sayı üstünlük təşkil edir.



Teqlər:  





Xəbər lenti