TQDK Təhsil Nazirliyi ilə birgə sayt açdı
Elektron portalda TQDK tərəfindən təhsil müəssisələrində istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi nəticəsində hazırlanmış yekun rəylər müəllimlərə dərsliklərlə işləməkdə metodiki köməklik göstərmək üçün nəzərdə tutulmuş materiallar və yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış dərslik və dərs vəsaitlərinin bölmələri, fəsilləri üzrə materiallara dair qeyd və təkliflər yerləşdiriləcək.
Portalda yerləşdirilmiş rəylərlə bağlı sorğulara Təhsil Nazirliyi tərəfindən dərslik müəllifləri, TQDK tərəfindən isə dərsliklərin monitorinqində iştirak etmiş ekspertlər mütəmadi olaraq aydınlıq gətirəcəklər.
Yeni nəşr ediləcək dərsliklərlə bağlı portala daxil olacaq qeydlər və təkliflər mütəmadi olaraq müzakirələrə çıxarılacaq və bu barədə portalda məlumat veriləcək.
AzVision.az