ABŞ-ın Ermənistandakı səfiri Bakıya gəlir

ABŞ-ın Ermənistandakı səfiri Bakıya gəlir
  12 Dekabr 2013    Oxunub:1131
Amerika Birləşmiş Ştatlarının Ermənistandakı, Gürcüstandakı səfirləri gələn il Bakıda görüşəcəklər.

Bu barədə AzVision.az-a ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri MehdiHüseynquliyev məlumat verilib.

Səfirlik rəsmisi Riçard Morninqstarın Ermənistan səfəri zamanı xarici işlər naziri Edvard Nalbandyanla görüşdüyünü deyib.

“Görüşdə həmçinin ABŞ dövlət katibinin müavini Erik Rubin və ABŞ-ın Gürcüstan, Ermənistan və Azərbaycandakı səfirləri iştirak ediblər. Bir il bundan öncə belə bir görüş Tiflisdə olub. Gələn il isə ABŞ-ın bu 3 səfirliklərinin görüşü Azərbaycanda olacaq”.

Qeyd edək ki, görüşdə ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland və Ermənistandakı səfiri Con Heffern də iştirak edib.

Nihadə Eyyubova



Teqlər:  





Xəbər lenti