Nazirliyə bir ayda 733 müraciət daxil olub

Nazirliyə bir ayda 733 müraciət daxil olub
  12 Dekabr 2013    Oxunub:1044
Səhiyyə Nazirliyinin Qaynar xətt (9103) xidmətinə 2013-cü il oktyabr-noyabr ayları ərzində 733 müraciət daxil olub.
Daxil olmuş müraciətlərin 541-i (29-u əsaslı, 334-ü isə əsassız, 178-i cari problemlərlə bağlı şikayət), 18-i - aidiyyəti üzrə deyil, 174-u sorğu xarakterli olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qaynar xətt xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.


Teqlər:





Xəbər lenti