Ehsan mərasimi Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.
Dövlət başçısı mərasimdə çıxış edərək, Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən, müstəqilliyin möhkəmlənməsi, dövlətçiliyin inkişafı sahəsində gördüyü misilsiz işlərdən danışıb.
Sonra ehsan süfrəsi açılıb.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edib.