`Washington Times` bizdən yazdı

`Washington Times` bizdən yazdı
  13 Dekabr 2013    Oxunub:1380
“The Washington Times” qəzetində “Bakı Avropa idman hərəkatında yeni era başlandığını elan edir” sərlövhəli məqalə dərc edilib.
AzVision.az xəbər verir ki, Amerikada çıxan “The Washington Times” qəzetində “Bakı Avropa idman hərəkatında yeni era başlandığını elan edir” sərlövhəli məqalə dərc edilib. Məqalədə tarixdə ilk dəfə 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarından bəhs edilir.

Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Bakı–2015 Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bildirmişdir ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Avropa idman hərəkatında yeni eranın başlanğıcı olacaq.

Yerli və beynəlxalq KİV nümayəndələri 2015-ci il Avropa Oyunlarının keçiriləcəyi bir neçə yerdə, o cümlədən 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin keçirildiyi və Avropa oyunları zamanı voleybol turnirlərinin keçiriləcəyi “Crystal Hall” sarayında olublar.

Dörd ildə bir dəfə keçiriləcək Avropa Oyunlarında idmanın 18 növündə Avropanın 49 olimpiya ölkəsini təmsil edən 5400-dən çox idmançı çıxış edəcəkdir.

“The Washington Times” qəzeti yazır ki, Azərbaycan hökuməti Bakıda geniş hazırlıq işləri aparır. Aeroportda yeni terminal yaradılır, metronun və avtobusların işi təkmilləşdirilir, digər infrastruktur layihələri həyata keçirilir.


Teqlər:  





Xəbər lenti