“Almaniyada əməliyyat olunmağıma icazə vermədilər”

“Almaniyada əməliyyat olunmağıma icazə vermədilər”
  13 Dekabr 2013    Oxunub:1526
“Həkimlər əməliyyat olunmağıma icazər vermədilər, heç əməliyyata yaxın qoymurlar”.

Bunu AzVision.az-a açıqlamasında Almaniyadan qayıdan Xalq şairi Zəlimxan Yaqub deyib.

Onun sözlərinə görə, həkimlər əməliyyata icazə vermirlər:

“Almaniyaya getdim, 1 həftə mənə orada yaxşı baxdılar. Həkimlər yenidən iynə-dərman yazdılar. Elə indi də evdə bu müalicəni davam etdirirəm. 3-4 aydan sonra yenidən Almaniyaya qayıdacam”.

Xalq şairi bildirib ki, özünü yorğun hiss edir: “Yorğunam, yəqin ki, 10-15 günə özümü yaxşı hiss edərəm”-deyə, Z.Yaqub əlavə edib.

Qeyd edək ki, Xalq şairi Zəlimxan Yaqub 2012-ci ilin əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı olunub və hər iki böyrəyi çıxarılıb. OŞ Bakıda mütəmadi olaraq dializ müalicəsi alır

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti