Azərbaycanda 244 müəllim işindən imtina edib

Azərbaycanda 244 müəllim işindən imtina edib
  14 Dekabr 2013    Oxunub:1738
“Test imtahanı ilə qəbul olan 244 müəllim iş yerinə getməkdən imtina edib”.

AzVision.az-ın məlumatına görə, bunu təhsil naziri Mİkayıl Cabbarov bu gün Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan Müəllimlərinin XIV qurultayında deyib.

Onun sözlərinə görə, bu daha çox rayon məktəblərində olan iş yerlərinə aiddir:

“244 müəllim iş yerinə getməkdən imtina etdi. Bu da rayonlarda olan məktəblərdir və daha çox rayon mərkəzlərindən uzaqda olan məktəblərdən müəllimlər imtina edirlər. Həvəsləndirmək üçün onlara verilənlər müəllimləri qane etmir. Buna görə də, onları həvəsləndirmək üçün daha böyük addımlar atılmalıdır”.

M. Cabbarov işdən imtina edən müəllimlərin 82 faizinin qadın olduğunu da qeyd edib. Nazir bu sahədə problemin aradan qaldırılması üçün müəllimlərin stimullaşdırılmasını, müəllimlər üçün xüsusi ipoteka rejiminin tətbiq olunmasını zəruri sayıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti