Təhsil naziri keçid ballarının aşağı olmasından şikayətləndi

Təhsil naziri keçid ballarının aşağı olmasından şikayətləndi
  14 Dekabr 2013    Oxunub:1317
"Son illər Təhsil sisteminə pedoqoji təhsilinin səviyyəsi yaxşı olmayanlar gətirilib".
AzVision.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov söyləyib.

Onun sözlərinə görə, məktəblərdə saxta diplomlarla işləyən müəlllimlərin sayında da artım olub. Təhsil naziri bildirib ki, keçid bağlarının aşağı olması nəticəsində universitetlərə daxil olanlar təhsilin səviyyəsinin aşağı düşməsinə səbəb olub:
"Hazırda müəlim hazırlığında prodoksal vəziyyət yaranıb. Universitetdə tələbə hazırlayan sistemin necə səmərəsiz işlədiyini görə bilərik"

M.Cabbarov vurğulayıb ki, hazırda müəllim korpusunun hazırlığının artırılması vacib şərtdir. Təhsilin keyfiyətinin artırılmasını qeyd edən M.Cabbarov müəllimlər üçün pedaqoji kursların keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Müllimlərin işə qəbunun önəmini vurğulayan təhsil naziri imtahanlarda yüksək nəticə göstərənlərin və sertifikat alanların müəllim kimi işləyə biləcəyini söyləyib:
"İmtahanlarda yüksək bal toplayanlar pedaqoji fəaliyyətə cəlb olunacaq".

M.Cabbarov bildirib ki, universitetlər özləri üçün yeni maliyyələşdirmə mənbələri tapmalıdırlar: "Gəlir haqqı kimi yalnız tələbələrin ödədikləri təhsil haqı əsas götürülür".

Mikayıl Cabbarov yuxarı siniflərdə məcburi və seçmə fənnlərin tədris edilməsinin nəzərdə tutduğunu da söyləyib. O, qeyd edib ki,
bu, şagirdlərin bilik və bacarınının nəzərə alınaraq ali məktəblərə hazırlanmalarına kömək edəcək.


Teqlər:  





Xəbər lenti