Müsavat Əli Kərimlinin birləşmək təklifinə `yox` dedi
O vurğulayıb ki, vaxtilə İsa Qəmbər Məmməd Əmin Rəsulzadə - Elçibəy yolunda olan partiyaların birlikdə olması fikrini söyləyib:
“Bundan sonra AXCP Müsavat Partiyası ilə birləşmək haqqında qərar qəbul edib. Müsavat partiyası da bu məsələyə öz məclisində baxıb. Bunun indiki halda məqsədəuyğun olmadığnı , AXCP ilə Müsavat arasında müttəfiqlik münasibətlərinin daha da dəinləşməsi haqqında qərar qəbul edib. Bununla da bağlıı Müsavat partiyası dünənki danışıqlarda AXCP-yə təklif etdi ki, müttəfiqlik sazişi imzalansın. AXCP isə birləşmək haqqında təklif irəli sürüb. Bu, müzakirə olunmalıdır”.
Sədr müavini vurğulayıb ki, bu haqda artıq Müsavat Divanın qərarı olsa da yenidən müzakirə oluna bilər:
“Mən belə düşünürəm ki, yenidən müzakirəyə ehtiyac yoxdur. Hazırda bizm müttəfiqlik münasibətlərinin daha da dərinləşmsəində maraqlıyıq. Bunun daha düzgün addım olduğunu düş.ünürük. Bu barədə AXCP-yə təkliflərimizi vermişik, onlar da vaxt istəyib ki, bu təklifi dəyərləndirib cavab versinlər”.
Müsavat Partiyasının Milli Şurada qalıb qalamamasına gəlincə isə G.Aslanlı bildirib ki, dünənki görüşdə bu məsələ müzakirə olunmayıb.
Fatimə Kərimli
Teqlər: