Qəbələ RLS minalardan təmizlənəcək
Əməliyyatı Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) həyata keçirəcək.
Bunu ANAMA direktoru Nazim İsmayılov deyib:
«Hazırda stansiyanın ərazisi Daxili Qoşunların mühafizəsi altındadır. Orada əsgərlər 4 mina ilə rastlaşmışdılar. Bizim əməkdaşlar tərəfindən ordan daha 9 mina tapıldı».
2012-ci ilin dekabrında Rusiya Qəbələ RLS-dən rəsmən imtina etdiyini açıqlayıb.
Azərbaycan Rusiyadan stansiyanın icarəsi üçün ildə 300 milyon dollar tələb edib.
Teqlər: