Dünyada nə qədər qızıl var?

Dünyada nə qədər qızıl var?
  12 Oktyabr 2014    Oxunub:12179
Təsəvvür edin ki, siz dünyanın bütün qızıllarını böyük bir kuba yerləşdirmək istəyirsiniz. Sizcə, kubun hündürlüyü nə qədər ola bilər? Yüzlərlə, minlərlə metr? Tapmadınız.
Milyarder Uorren Baffet iddia edir ki, dünyadakı bütün qızıl ehtiyatları yalnız 20 metr hündürlüyündə kubun yaranmasına səbəb olacaq.

Dünya qızıl ehtiyatlarının hesablanması ilə məşğul olan Thomson Reuters GFMS təşkilatı hər il dünya qiymətli metal bazarının icmalını təqdim edir. GFMS-ın sonuncu hesablamalarına görə dünya qızıl ehtiyatları 171 min 300 ton təşkil edir. Belə olan halda, xəyali kubun həcmi doğrudan da, 20,7 metr olur.

Lakin heç də hər kəs bu qiymətlə razı deyil. Müxtəlif məlumatlara görə, dünyanın qızıl ehtiyatları 155 min 244 tondan 2,5 milyon tona qədər dəyişir.

Qızlı həcminin belə müxtəlif qiymətləndirilməsi bu sahənin keçmişilə bağlıdır. Qızıl sikkələri ilk dəfə e.ə 550-ci ildə Lidiya çarı Krez tərəfindən dövriyyəyə buraxılmışdı. Onlar tez zamanda Aralıq dənzii boyu tacirlər və dənizçilər arasında əsas pul vasitəsi kimi yerini möhkəmlətdi.

GFMS təşkilatının hesablamalarına görə, Xristofor Kolumbun Amerika sahillərinə çatdığı 1492-ci ilə qədər bəşəriyyət 12 min 780 ton qızıl çıxarmışdı. Lakin “Gold Money” hesablama sisteminin yaradıcısı Ceyms Terk bu rəqəmin həddən artıq şişirdildiyi fikrindədir. Onun fikrincə, orta əsrlərə qədər qızıl çıxarma metodları o qədər primitiv olub ki, insanlar deyilən qədər qızıl çıxarmaq gücünə malik deyildilər. Beləliklə, onun təxminlərinə görə 1492-ci ilə qədər cəmi 297 ton qızıl çıxarılıb.

Hazırda dünya üzrə qızıl ehtiyatlarının 155 244 ton həcmində olduğunu deyən Terkin ehtimalı “GFMS”-nın proqnozu ilə cüzi fərq təşkil edir. Lakin bu fərqi qızılın indiki qiymətinə çevirsək, 950 milyard dollarlıq fərq alınacaq.

Amma bəziləri qızıl ehtiyatlarının çox az qiymətləndirildiyi fikrindədir. “The Real Asset Company” investisiya şirkətindən Cen Skoylsun sözlərinə görə təkcə, Tutanhamonun sərdabəsində 1,5 ton qızıldan istifadə olunub. Arxeoloqların diqqətindən yayınan bir çox sərdabələrdə nə qədər qızıl və sair zinət əşyalarının qəsb olunduğunu ehtimal etmək çətindir.

Bundan başqa, Skoyls qeyd edir ki, Çində nə qədər qızıl çıxarıldığı hələ də məlum deyil. Kolumbiya kimi bəzi ölkələrin “qara bazar”ında isə hesaba alınmayan çoxlu qızıl var.

“Gold Standart İnstitute”-nun məlumatına görə dünyada qızıl ehtiyatları hətta 2,5 milyon tondur. Amma onlar da etiraf edirlər ki, bunun birbaşa sübutu yoxdur və qiymətlər möhtəkir xarakteri daşıyır.

Nəticəsə isə belə alınır ki, dünayada nə qədər qızıl ehtiyatının olduğunu heç kəs dəqiq söyləyə bilməz.

Yaxşı xəbər isə ondan ibarətdir ki, qızıl hələ bizə uzun müddət bəhs edəcək. ABŞ geoloji monitorinq mərkəzinin hesablamalarına görə Yerin təkində hələ 52 min ton “sarı metal” var.

Amma pis xəbərlər də var. Bu, ilk növbədə bu qızılın müasir sənayedə istifadə olunması ilə bağlıdır.

“Bütün dövrlərdə insanlar tərəfindən çıxarılan qızılların hamısı hələ də dövriyyədədir. Bu isə o deməkdir ki, ola bilsin, sizin qızıl saatlarınız 2 min il əvvəl romalılar tərəfindən çıxarılan qızıldan ola bilər”, - deyə Ceyms Terk bildirib.

Lakin bu gün qızılın təkrar emalından imtina etmə meylləri müşahidə olunur. Böyük Britaniya geoloji monitorinq mərkəzinin məlumatlarına görə, bütün çıxarılan qızıl ehtiyatlarının 12%-dən çox kiçik detalların hazırlanması üçün istifadə olunur. Sonradan onlardan milliqramlarla qızılın çıxarılması isə iqtisadi baxımdan məqsədəuyğun deyil. Bu səbəbdən də qızılın təkrar emalından imtina olunur.


Teqlər:  





Xəbər lenti