Səttar Mehbalıyev Zaur Həsənova aylıq 1500 manat verəcək

Səttar Mehbalıyev Zaur Həsənova aylıq 1500 manat verəcək
  27 Dekabr 2013    Oxunub:1885
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənovla bağlı qərar qəbul edib.
Konfederasiyanın sədri, millət vəkili Səttar Mehbalıyev bildirib ki, qərara əsasən, Z. Həsənovun ailəsinə övladları yetkinlik yaşına çatana qədər AHİK tərəfindən hər ay 1500 manat vəsait ödəniləcək. Bundan başqa, zərurət yaranacağı təqdirdə Z. Həsənovun xaricdə müalicəsini, ailə üzvlərinin işlə təminatını da konfederasiya öz üzərinə götürüb.

Z. Həsənovun müsadirə olunmuş mülkinə gəldikdə, S. Mehbalıyev bildirib ki, həmin işlə bağlı məhkəmə qərarı var: “Biz məhkəmənin qərarına müdaxilə edə, onu dəyişdirə bilmərik”

Qeyd edək ki,Qarabağ əlilinə sökülən obyektinə görə 100 min manat ödəniləcək (apa)

AzVision.az


Teqlər:  





Xəbər lenti