"Azəriqaz" da gücləndirilmiş iş rejimində çalışacaq
AzVision.az saytı ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi üçün Birlik tərəfindən zəruri tədbirlər həyata keçirilir. Belə ki, 185 nömrəli "qaynar xətt"in iş saatı artırılacaq, 104 nömrəli qəza xidmətinin fəaliyyəti gücləndiriləcək. Yerli qaz istismar sahələri günün bütün saatlarında növbəlilik əsasında iş rejiminə keçəcək.
Bayram günlərində bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmaları, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələri xahiş olunur.
AzVision.az
Teqlər: