İlham Əliyev sərəncam imzaladı
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü il noyabrın 21-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üçün məsləhətləşmələr Planı" haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, 2013-cü il noyabrın 21-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üçün məsləhətləşmələr Planı" nəzərə alınsın.
Azərbaycan Xarici İşlər Nazirliyinə bu sərəncamda göstərilən Planın müddəalarını həyata keçirmək tapşırılıb.
Teqlər: