Məhsəti Şərifdən Ebru Gündeşin müsahibəsi ilə bağlı - AÇIQLAMA
Onun sözlərinə görə, müsahibəni o türk jurnalisti ilə bir yerdə alıb. Sadəcə olaraq, Ebru Gündeş müsahibəni türk mətbuatına verib:
“Biz onu bir türk jurnalisti ilə bir yerdə almışıq. Lakin Türkiyə mətbuatı Azərbaycan mətbuatına məşhur sənətçinin müsahibə vermədiyini deyir”.
M.Şərifin sözlərinə görə, müsahibənin Türkiyə mətbuatından öncə Azərbaycan mətbuatında yer alması bütün bu yaranan söz-söhbətə səbəb olub.
M.Şərif qeyd edib ki, bu məsələdə müsahibənin yayımlandığı axşam.az saytının heç bir bağlantısı yoxdur: “Müsahibənin müəllifi mənəm. Mən türk həmkarıma güvənmişəm. Çünki mən hər zaman İstanbuldan reportajlar və müsahibələr almışam. Belə bir problem yaşanmayıb”
Jurnalist onu da əlavə edib ki, bazar ertəsi günü bu məsələ ilə bağlı daha ətraflı açıqlama verəcək.
Qeyd edək ki,müğənni Ebru Gündeşin adından Azərbaycan mətbuatına müsahibə vermədiyi haqda açıqlama yayılıb. Açıqlamada bildirilir ki, Ebru Gündeş həyat yoldaşının həbs olunduğu gündən bəri heç bir jurnalistlə görüşməyib.
Sevinc İltifatqızı