“İki saat telefonsuz qalanda nə olacaq ki?” - YAP-çı deputat
YAP rəsmisi AzVision.az-a açıqlamasında bildirib ki, qanun-qayda hər kəsə aiddir, burada millət vəkili, jurnalist ayrı-seçkiliyi olmamalıdır:
“Mənim telefonumun markası iPhone-dur. Adətən avtomobildə qoyub, Milli Məclisə daxil oluram. Hələ ki, biz tətildəyik. Düzdür, komissiya iclasları başlayıb, amma plenar iclas başlamayıb. İndi bu gün iclasa gedəcəm. Əgər desələr ki, telefonla məclisə daxil olmaq olar, telefonla keçəcəm, desələr olmaz, deməli olmaz. Yəqin ki, nəsə bilib, bu qadağanı qoyublar. İki saat telefonsuz qalanda nə olacaq ki?”.
Qeyd edək ki, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu android və smartfon tipli telefon qadağasının Milli Məclisə daxil olan hər kəsə şamil oldunduğunu bildirsə də, millət vəkili Zahid Oruc bu qaydanın deputatlara aid olmadığını israr edib.
Nihadə Eyyubova