Bakıda at kanalizasiya xəttinə düşüb

Bakıda at kanalizasiya xəttinə düşüb
  22 Yanvar 2014    Oxunub:1062
At dərinliyi 3-4 metr olan çirkab sulların axıdıldığı kanalizasiya xəttinə düşüb
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda ev heyvanı (at) dərinliyi 3-4 metr olan çirkab sulların axıdıldığı kanalizasiya xəttinə düşmüşdür. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Xilasedicilər müvafiq qaydada heyvanı xilas edərək sahibinə təhvil veriblər. Əməliyyat saat 05:15-də başa çatıb.


Teqlər:





Xəbər lenti