Neft-qaz sektoruna 5,8 milyard manat yönəldilib

Neft-qaz sektoruna 5,8 milyard manat yönəldilib
  20 Yanvar 2021    Oxunub:1821
2020-ci ildə neft-qaz sektoruna 5 milyard 879,7 milyon manat yönəldilib. Əvvəlki illə müqayisədə neft-qaz sektoruna yatırılmış investisiyalar 0,3 faiz artıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, il ərzində neft-qaz sektorunda 21 milyard 639,7 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilə nisbətən 6,9 faiz azalıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 7 faiz geriləyib.

Sənaye məhsulunun 61,3 faizi mədənçıxarma sektorunda istehsal edilib. Dekabrda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 113,5 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 116,7 faiz olub.

Dekabrın 1-nə iqtisadiyyatın neft-qaz sektorunda 33,9 min nəfər çalışıb. Yanvar-noyabr aylarında neft-qaz sektorunda nominal əməkhaqqı isə 3331,6 manat təşkil edib.

Azvision.az


Teqlər: Neft   Qaz   Statistika  





Xəbər lenti