Agentlik “ARTREKLAM”ın kreditorlarına müraciət edib

Agentlik “ARTREKLAM”ın kreditorlarına müraciət edib
  21 Yanvar 2021    Oxunub:1542
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) İdarə Heyətinin 2021-ci il 15 yanvar tarixli 01-İHQ/21 nömrəli qərarı ilə agentliyin “İNNOVA” İnnovativ Reklamçılıq Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti, “ARTREKLAM” Reklamçılıq və Aydınlatma Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması yolu ilə yenidən təşkil edilib.
ADRA-nın Strateji inkişaf və kommunikasiya şöbəsindən Azvision.az -a verilən məlumata görə, bu səbəbdən, yenidən təşkili ilə əlaqədar “ARTREKLAM” Reklamçılıq və Aydınlatma Şirkəti” MMC-nin fəaliyyətinə xitam verilərək, onun hüquq və öhdəlikləri “İNNOVA” İnnovativ Reklamçılıq Şirkəti” MMC-yə keçib.

Odur ki, “ARTREKLAM” Reklamçılıq və Aydınlatma Şirkəti” MMC-nin kreditorları öz tələblərini 2 (iki) ay müddətində “İNNOVA” İnnovativ Reklamçılıq Şirkəti” MMC-yə qarşı irəli sürə bilər.

Ünvan: AZ 1000, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24. Dalğa Plaza (9-cu mərtəbə).

Əlaqə telefonu: +99412 505 44 00.

Azvision.az


Teqlər: ADRA   Reklam  





Xəbər lenti