İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb

   İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb
  22 Yanvar 2021    Oxunub:3540
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb. İqtisadi Zonaların İnkişafı Agentliyi sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 7 üzvdən ibarət Müşahidə Şurası yaradılır. Agentliyin fəaliyyətinə cari rəhbərliyi 5 üzvdən ibarət İdarə Heyəti həyata keçirir.

“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındakı əmlak agentliyin balansına veriləcək. “Sumqayıt Kimya Sənaye Parkı” MMC öz fəaliyyətini davam etdirəcək.

Azvision.az



Teqlər:





Xəbər lenti