Neft Fondu bəzi ölkələrə investisiyaları azaldıb

Neft Fondu bəzi ölkələrə investisiyaları azaldıb
  25 Yanvar 2021    Oxunub:1798
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə investisiyaları azalıb.
Azvision.az Neft Fondunun 2020-ci il üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il yanvarın 1-nə fondun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə 59,26 faizi inkişaf etmiş ölkələr, 20,73 faizi inkişaf etməkdə olan ölkələr, 5,85 faizi isə beynəlxalq maliyyə təşkilatları təşkil edib.

Ötən ilin əvvəlində isə ARDNF-in investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə 63,23 faizi inkişaf etmiş ölkələr, 32,04 faizi inkişaf etməkdə olan ölkələr, 4,73 faizi beynəlxalq maliyyə təşkilatları təşkil edirdi.

Azvision.az



Teqlər: Neft-Fondu  





Xəbər lenti