DOST-a rekord sayda vətəndaş müraciət edib

DOST-a rekord sayda vətəndaş müraciət edib
  25 Yanvar 2021    Oxunub:1224
Ötən gün 1 və 3 saylı Bakı DOST mərkəzlərində rekord sayda vətəndaş müraciəti qeydə alınıb. Gün ərzində 3 saylı Bakı DOST Mərkəzinə 1258 nəfər vətəndaş müraciət edib.
Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyindən Azvision.az -a verilən məlumata görə, 1 saylı Bakı DOST Mərkəzinə müraciət edən vətəndaşların sayı 1029 nəfər olub. 2 saylı Bakı DOST mərkəzinə müraciət edənlərin sayı isə 384 nəfər təşkil edib.

Müraciətlər, əsasən əlillik (9.06%), əmək münasibətləri (0.26%-i), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi (1.80%), məşğulluq (12.32%), sosial müdafiə (63.12%), bank (12.92%) və notarius xidmətləri (0.52%) ilə bağlı olub. Sosial müdafiə xidmətləri isə pensiya, sosial müavinətlər, sosial sığorta və sosial xidmət kimi sahələri əhatə edib.

Azvision.az


Teqlər: DOST   Mərkəz   Müraciət  





Xəbər lenti