Publik hüquqi şəxslər bir il də vergidən azad edildi

Publik hüquqi şəxslər bir il də vergidən azad edildi
  26 Yanvar 2021    Oxunub:2335
Azərbaycanın publik hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi daha 1 il müddətinə ƏDV-dən azad edilib.
Azvision.az xəbər verir ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinə əsasən, bu müddət 2020-ci il yanvarın 1-dən 1 ildən 2 il müddətinə artırılır.

Layihəyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən nizamnamələrində nəzərdə tutulan və onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV-dən azad edilir.

Azvision.az


Teqlər: ƏDV   Vergi  





Xəbər lenti