Yeni sayğacları onlayn idarə etmək mümkün olacaq

Yeni sayğacları onlayn idarə etmək mümkün olacaq
  26 Yanvar 2021    Oxunub:2204
Vətəndaşlar artıq 10 ildir ki, iki növ sayğacdan - mexaniki-elektron və əvvəldən ödənişli (smart-tipli) sayğaclardan istifadə edirlər. Ən müasir smart-tipli 30 min ədəd sayğac artıq Bakıdadır, gələn ay əlavə 60 mini də gətiriləcək.
Azvision.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

Yeni smart-tipli sayğacların əvvəlkilərdən daha çox funksiyasının olduğunu deyən R.Əliyev qeyd edib: “Tezliklə bu sayğacların da paylanmasına və quraşdırılmasına başlanılacaq. Abonentləri narahat edən bloka düşmə, kartın oxunmaması, kartda rəqəmlərin görünməməsi və sair proseslər bu sayğaclarda yoxdur”.

“Həmçinin mexaniki-elektron tipli sayğaclara da əlavə xüsusi qurğular quraşdırılır. Həmin avadanlıq vasitəsilə sərfiyyatın kənardan görünməsi və borclu abonentlərin qazının açılıb-bağlanması proseslərini onlayn rejimdə həyata keçirmək mümkün olacaq”, - deyə R.Əliyev vurğulayıb.

Azvision.az


Teqlər: Azəriqaz   Sayğac  





Xəbər lenti