IMF neftin qiymətinə dair proqnozunu artırdı

 IMF neftin qiymətinə dair proqnozunu artırdı
  26 Yanvar 2021    Oxunub:2490
Beynəlxalq Valyuta Fondu (IMF) neftin qiymətinə dair proqnozunu artırıb.
Azvision.az xəbər verir ki, fond cari ildə neftin qiymətinin 50,03 dollar/barrel olacağını nəzərdə tutur.

Əvvəlki proqnoz 47 dollar/barrel idi.

IMF bu il neft qiymətinin 20 faiz artacağını gözləyir. 2022-ci ildə isə orta qiymətin 48,82 dollar/barrel təşkil edəcəyi proqnozlaşdırılır.

Azvision.az



Teqlər: Neft  





Xəbər lenti