Bir ildə 202 milyon dollarlıq pomidor ixrac etmişik

Bir ildə 202 milyon dollarlıq pomidor ixrac etmişik
  28 Yanvar 2021    Oxunub:2144
2020-ci ildə Azərbaycandan 202 milyon dollara yaxın pomidor ixracı həyata keçirilib.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev qurumun 2020-ci il üzrə fəaliyyəti, bu il görüləcək işlər və keçirilməsi nəzərdə tutulan sərgilər, ixrac missiyaları barədə onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il 10-15 günlük qadağaya baxmayaraq, pomidor ixracı qeyri-neft sektorunda 11-12 faizə yaxın təşkil edib.

“Bu da böyük göstəricidir. Pomidor ixracında yeni bazarlara yönəlmə bu ildən həyata keçiriləcək. Lakin Rusiya bazarı uzun müddət pomidor ixracında önəmli bazar olaraq qalacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Pomidor   İxrac  





Xəbər lenti