Ermənilər hələ də çaylarımızı çirkləndirir

 Ermənilər hələ də çaylarımızı çirkləndirir
  29 Yanvar 2021    Oxunub:2849
Mövcud su ehtiyatlarının 30 faizindən çox hissəsi işğaldan azad olunan ərazilərdədir. Həmin ərazilərdə ümumilikdə 11-dən çox çayımız var. İşğal dövründə su mənbələri məqsədli şəkildə çirkləndirilirdi.
Azvision.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. Onun sözlərinə görə, Ermənistanın mis istehsal edən zavodunun yaxınlığından keçən Oxçu çay çirklənib.

ETSN: "Küləkli hava şəraitində vətəndaşları diqqətli olmağa çağırırıq"
"Bu çaydan götürdüyümüz nümunələrin analizləri nəticəsində məlum oldu ki, suyun tərkibində həyat üçün təhlükə mənbəyi olan elementlərin həddi qat-qat çoxdur. Təəssüf ki, çirklənmə bu gün də davam edir. Bununla bağlı beynəlxalq qurumlara müraciət edilib”.

V.Kərimov əlavə edib ki, çayların üzərində bir çox su anbarları var: "Xudafərin və Qız Qalası su anbarlarının suyundan istifadə etməklə minlərlə hektar ərazilərimiz suvarılacaq. Suların çirklənməsinin qarşısını almaq üçün mütləq şəkildə lazımi addımlar atılacaq və hazırda həmin çayların suyundan müvafiq analizlər götürülür. Beynəlxalq təşkilatları bu işə cəlb etməliyik ki, düşmənə qarşı tutarlı cavab verə bilək”.

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti