AMB azad edilmiş rayonlarda iki nümayəndəlik açacaq

 AMB azad edilmiş rayonlarda iki nümayəndəlik açacaq
  29 Yanvar 2021    Oxunub:3216
Azərbaycan Mərkəzi Bankı (AMB) Qarabağda maliyyə-bank infrastrukturunu formalaşdırmaq niyyətindədir.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Baş bankir bildirib ki, AMB işğaldan azad edilmiş rayonlarda iki nümayəndəlik açacaq.

"Bununla bağlı artıq bank sektoru ilə geniş müzakirələr aparmışıq. Mərkəzi Bankın orada iki böyük ərazi idarəsi olacaq. Bu idarələrdən birinin Şuşada olmasını çox istərdik”.

Azvision.az


Teqlər: AMB   Şuşa   Nümayəndəlik  





Xəbər lenti