“Azərsu” vətəndaşlara müraciət etdi

 “Azərsu” vətəndaşlara müraciət etdi
  31 Yanvar 2021    Oxunub:4222
“Hazırda smart kartlara 10 manat yükləmə etmək mümkündür”.
Azvision.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

“Tarif şurasının məlum qərarı ilə əlaqədar hazırda smart kartlara 10 manat yükləmə etmək mümkündür. Bundan artıq ödənişlər depozit kimi abonentin hesabına köçür. Abonentlər sonradan yerli sukanal idarələrinə, "ASAN Kommunal" və "ASAN Xidmət" mərkəzlərinə müraciət etməklə həmin vəsaiti yeni tariflərlə kartlarına bərpa edə biləcəklər”, - deyə qurum rəsmisi qeyd edib.

Xatırladaq ki, yanvarın 31-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib. Belə ki, iclasda “Azərsu” ASC-nin müraciəti müzakirə olunub və bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiqlənib.

Azvision.az


Teqlər: Azərsu   Abonent  





Xəbər lenti