Zərgərlik avadanlıqlarının idxalı vergidən azad ediləcək

   Zərgərlik avadanlıqlarının idxalı vergidən azad ediləcək
  01 Fevral 2021    Oxunub:3231
Azərbaycanda zərgərlik sahəsində istifadə olunan dəzgah, avadanlıq və qurğuların idxalı vergidən azad ediləcək.
Azvision.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişikldə öz əksini tapıb.

Təklid edilən dəyişikliyə əsasən, zərgərlik sənayesində islahatların aparılması, valyutanın xaricə axınının qarşısının alınması, bunun müqabilində qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı ilə məşğul olan yerli sahibkarların təşviq edilməsi, zərgərlik və nəqqaşlıq kimi qədim peşələrin inkişafına töhfə verilməsi, onların fəaliyyətinin dəstəklənməsi məqsədilə qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə təsdiqedici sənəd əsasında dəzgah, avadanlıq və qurğuların idxalının - 2021-ci il yanvarın 1-dən 3 il müddətinə və külçə, sikkə və qranul şəklində qızılın və gümüşün satışının əlavə dəyər vergisindən, eləcə də idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz - 2021-ci il yanvarın 1-dən 3 il müddətinə aksizdən azad edilməsi təklif edilir.

Eyni zamanda, Kəlbəcər rayonunun işğaldan azad edildiyini və rayonun böyük qızıl ehtiyatına malik olduğunu nəzərə alaraq, sözügedən vergi güzəştləri Kələbəcər rayonunun qızıl ehtiyatının səmərli şəkildə istismar olunmasını təmin etməklə ölkə iqtisadiyyatına töhfə vermiş olacaqdır.

Dəyşiklik müzakirələrdən sonra I oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Zərgərlik   Vergi  





Xəbər lenti