Pensiya, müavinət və təqaüdlər artırılacaq

   Pensiya, müavinət və təqaüdlər artırılacaq
  02 Fevral 2021    Oxunub:5752
Sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağıgəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatı gücləndirilməlidir.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də qeyd olunub.

Bildirilib ki, bu məqsədlə ölkədə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğlərinin layiqli səviyyəsinə nail olunmalıdır. Eləcə də pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün onun maliyyə dayanıqlığı gücləndirilməli, pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi artırılmalıdır.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Pensiya   Müavinət   Təqaüd  





Xəbər lenti